ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirir

Dünya

06 Oktyabr 2022 22:50 811


ABŞ administrasiyası İrana qarşı sanksiyaları genişləndirərək iki nazir də daxil olmaqla daha 7 məmurun adını siyahıya daxil edib.

Yenisabah.az xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirib ki, ilk növbədə İranın daxili işlər və informasiya-kommunikasiya texnologiyaları nazirləri - Əhməd Vahidi və İsa Zarepurun adları Amerikanın “qara siyahı”sına salınıb. pizza mizza

“Məhdudiyyətlər İran hökuməti və təhlükəsizlik aparatında internetə çıxışı bloklayan və dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etməyə davam edən yeddi məmura şamil edilib. Söhbət Vahidi və Zarepurdan başqa, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığının nümayəndələrindən gedir”, -  məlumatda qeyd olunub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!