ABŞ İranın sənaye müəssisəsinə zərbə endirdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İranın sənaye müəssisəsinə zərbə endirdi

Dünya

20 İyul 2026 23:09 168


ABŞ Silahlı Qüvvələri İranın Xomeyn şəhərində yerləşən sənaye müəssisəsinə hava zərbəsi endirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Mizan" agentliyinə açıqlamasında Mərkəzi əyalətinin təhlükəsizlik və siyasi məsələlər üzrə idarə rəisinin müavini Həsən Qəməri məlumat verib.

Onun sözlərinə görə, hücum yerli vaxtla saat 19 radələrində baş verib. Pepperoni pizza

Həsən Qəməri bildirib ki, hadisə nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur. Hazırda zərbənin vurulduğu ərazidə insidentin miqyası və dəymiş ziyanın həcmini müəyyənləşdirmək üçün ekspert araşdırması aparılır.

Xatırladaq ki, ABŞ-İran qarşıdurmasında növbəti gərginlik iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ilk dəfə olaraq Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisində bir neçə hədəfə zərbələr endirib.

Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını elan edib. Bundan sonra Tehran cavab tədbirləri çərçivəsində Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanda yerləşən ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirməyə başlayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!