Hicabla bağlı yayılan bu xəbər saxtadır - RƏSMİ 

saytların hazırlanması

Evə çatdırılma

Hicabla bağlı yayılan bu xəbər saxtadır - RƏSMİ 

Sosial

15 Oktyabr 2026 08:33 911


Azərbaycan Respublikası Media və Yayım Şurasının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayıldığı bildirilir.

“Bildiririk ki, sözügedən məktub saxtadır. Səhiyyə Nazirliyi tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verilməyib. Saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır. pizza hut

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədi həqiqi sənəd kimi paylaşmamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!