ABŞ Livanda “pilot zona” əməliyyatlarının başladığını elan etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Livanda “pilot zona” əməliyyatlarının başladığını elan etdi

Dünya

20 İyul 2026 22:47 152


Livanın cənubunda tərəflər arasında əldə olunmuş çərçivə sazişi çərçivəsində Livan ordusunun İsrail qoşunlarının mövqelərini mərhələli şəkildə təhvil alacağı ilk "pilot zona"da əməliyyatlara başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.

Bildirilib ki, əməliyyatlar üçtərəfli razılaşmaya uyğun olaraq Frun, Srifa və Zavtar əl-Qərbiyyə kəndlərində başlayıb. Məlumata görə, bu yaşayış məntəqələrindən ikisində İsrail Müdafiə Qüvvələrinin (SAXAL) bölmələri artıq ərazini tərk ediblər. pizza

Zavtar əl-Qərbiyyə isə hələ də İsrailin bufer zonasına daxildir. Razılaşmaya əsasən, İsrail hərbçiləri həmin yaşayış məntəqəsindən də mərhələli şəkildə çıxmalıdırlar.

ABŞ Dövlət Departamenti qeyd edib ki, layihənin icrasına başlanılması ötən həftə Romada İsrail və Livan nümayəndələri arasında keçirilən danışıqların nəticəsidir. Bildirilib ki, çərçivə sazişinin tam həyata keçirilməsi üçün hər iki tərəflə əməkdaşlıq davam etdiriləcək.

Bununla yanaşı, əldə olunmuş razılaşmalara baxmayaraq, İsrail hələlik qoşunlarını ikinci "pilot zona"dan çıxarmağa başlamayıb. İsrail hərbçiləri daha əvvəl açıqlamalarında bildiriblər ki, bu barədə siyasi rəhbərlikdən hələlik müvafiq göstəriş almayıblar. Qoşunların geri çəkilməsinin dəqiq vaxtı isə hələ açıqlanmayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!