ABŞ Mərkəzi: Azərbaycanla Ermənistan arasında toqquşma olacaq? - İlin ikinci yarısında...

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Mərkəzi: Azərbaycanla Ermənistan arasında toqquşma olacaq? - İlin ikinci yarısında...

Siyasət

01 Fevral 2025 21:05 5544


Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi layihəsində razılaşdırılmamış iki maddə ilə bağlı açıqlamaları bir həqiqəti vurğulayır ki, sülh müqaviləsinin imzalanması nəzəri cəhətdən yaxın olsa da, sərhədlə bağlı məsələlərin yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasını ləngitməsi ehtimalı var.

Yenisabah.az xəbər verir ki, bu barədə “Stratfor” analitik mərkəzi məlumat yayıb.

Mərkəzin fikrincə, demarkasiya prosesi dayandırılarsa, ilin ikinci yarısında Ermənistan-Azərbaycan sərhədində gərginlik arta bilər.

Bununla belə, “Stratfor” yaxın gələcəkdə ciddi eskalasiya riskinin “kifayət qədər aşağı səviyyədə” qalacağını proqnozlaşdırıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!