Türkiyə Super Liqasında XXXI turun mərkəzi matçı keçirilib.
"Yeni Sabah" xəbər verir ki, İstanbulda baş tutub oyunda "Qalatasaray" öz meydanında əzəli rəqibi "Fənərbağça" ilə üz-üzə gəlib. Görüş "sarı-qırmızılılar"ın üstünlüyü ilə keçib. Komanda 3:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, turnir cədvəlinə 74 xalla "Qalatasaray" başçılıq edir. Aktivində 67 xalı olan "Fənərbağça" isə ikinci pillədə qərarlaşıb.
Telegram kanalımız