İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus Küveyt və Bəhreyndə yerləşən hərbi infrastruktur obyektlərinə silsilə zərbələr endirdiyini bəyan edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-a istinadən məlumat yayıb.
Məlumata görə, hücum pilotsuz uçuş aparatları (PUA) və raketlərdən istifadə edilməklə üç mərhələdə həyata keçirilib. Sezar pizza
SEPAH-ın bəyanatında bildirilib ki, ilk mərhələdə Bəhreyndə yerləşən Əs-Səxir hava limanında ABŞ hərbi bölmələrinin pilotsuz uçuş aparatlarının saxlanıldığı və onlara texniki xidmət göstərildiyi anqarlar hədəfə alınıb.
İkinci mərhələdə isə Bəhreyndəki Salman limanında yerləşən TF59 əməliyyat qrupuna məxsus katerlərin saxlanıldığı hazırlıq anqarlarına zərbə endirildiyi iddia olunub.
Bəyanata əsasən, üçüncü mərhələdə Küveytdə yerləşən Ərifcan hərbi bazasında dəniz xüsusi təyinatlılarının yerləşdirilməsi, təminatı və təchizatı üçün istifadə olunan anqarlar vurulub./Oxu.az
Telegram kanalımız