ABŞ rəsmi Tbilisini sanksiya ilə hədələdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ rəsmi Tbilisini sanksiya ilə hədələdi

Dünya

11 May 2023 12:37 670


Birləşmiş Ştatlar Gürcüstana Rusiya ilə uçuşları bərpa edəcəyi təqdirdə ona qarşı sanksiyalar barədə xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndələri “Accent” nəşrinə şərhdə bildiriblər.

Dövlət Departamenti xatırladıb ki, ABŞ və Avropa İttifaqı ölkələri, xüsusən də Rusiya təyyarələrinin onların hava məkanına daxil olmasını qadağan edir: Pepperoni pizza

“Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, bu, idxal və ixrac nəzarəti altında olan təyyarələrə xidmət göstərəcək Gürcüstan aviaşirkətlərinə qarşı sanksiyaların mümkünlüyü ilə bağlı narahatlığımızı artıracaq”.

Bəyanatda qeyd edilir ki, bütün sivil dünya “Putin rejimi”ndən uzaqlaşmağa çalışır. Dövlət Departamenti Rusiya Federasiyasının Gürcüstan ərazisinin 20%-ini işğal etdiyini xatırladıb:

“Gürcüstan xalqı üçün Putinin Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazisindən qoşunlarını çıxarması, birbaşa uçuşların bərpasından və ya viza rejiminin ləğvindən daha yaxşı olardı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!