“Söyüdlünün boşaldılacağı barədə dezinformasiya yayılıb”

saytların hazırlanması

Evə çatdırılma

“Söyüdlünün boşaldılacağı barədə dezinformasiya yayılıb”

Sosial

15 Noyabr 2026 16:36 49


Fransadan idarə olunan və Azərbaycana qarşı sistemli dezinformasiya yaymaq üzrə ixtisaslaşmış “YouTube” kanalında Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə tamamilə əsassız iddiaların yayılması ictimai rəyi manipulyasiya etməyə yönəlmiş növbəti cəhddir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.

Qeyd edilib ki, sözügedən materialda uydurma və şayiə xarakteri daşıyan məlumatların dövlət səviyyəsində qəbul edilmiş qərar kimi qələmə verilməsi əhali arasında təşviş yaratmağa yönələn, dövlət qurumlarına ictimai etimadı sarsıtmaq və cəmiyyətdə gərginliyi artırmaq məqsədi daşıyan çoxmərhələli dezinformasiya kampaniyasının tərkib hissəsidir: “Bu kanal əvvəllər də ölkəmizə münasibətdə sistematik şəkildə dezinformasiya və manipulyativ xarakterli məlumatların yayılması üzrə ixtisaslaşmışdır. Məsələ ilə bağlı müvafiq platformaya rəsmi müraciət ünvanlanıb və əminik ki, şirkət müraciəti operativ araşdıraraq sözügedən dezinformasiyanın öz platformalarında yayılmasının qarşısını almaq üçün zəruri addım atacaq. Azərbaycan Respublikası Media və Yayım Şurası ictimaiyyəti şayiə xarakterli məlumatların təsiri altına düşməməyə, media subyektlərini və sosial şəbəkə istifadəçilərini isə yayılan məlumatların doğruluğunu aidiyyəti qurumların rəsmi məlumatları əsasında yoxlamağa və təsdiqlənməmiş iddiaları tirajlamaqdan çəkinməyə çağırır”. ShopByBro


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!