"Moskva Ukrayna ərazisinin bir hissəsini ilhaq etməyə davam edərsə, Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə Rusiyaya əlavə iqtisadi xərclər qoymağa hazırdır".
Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
Prezident Co Bayden deyib ki, Rusiyada keçirilən referendumlar Ukraynanın bəzi hissələrini güc yolu ilə ilhaq etmək cəhdi üçün saxta bəhanədir, beynəlxalq hüququ, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini kobud şəkildə pozur. "Birləşmiş Ştatlar heç vaxt Ukrayna ərazisini Rusiyanın bir hissəsi kimi tanımayacaq”. pizza
Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlərə bildirib ki, Moskva Ukraynanın yeni ərazilərini ilhaq etməyə" cəhd edərsə, Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etməyə hazırdır.
Telegram kanalımız