“Birləşmiş Ştatlar zəlzələyə görə Türkiyə tərəfinə yardım təklif edib”.
Yenisabah.az “Haber Global”a istinadla xəbər verir ki, bu barədə prezident Co Baydenin müşaviri Ceyk Sallivan danışıb.
Sallivan qeyd edib ki, ABŞ zəlzələdən böyük narahatlıq hissini paylaşır və Türkiyə tərəfindən hakimiyyət nümayəndələri ilə kontakt saxlayıb. pizza sifarişi
“ABŞ istənilən bütün yardımları etməyə hazırdır. Mövcud vəziyyəti izləməyə davam edəcəyik”, - deyə Sallivan söyləyib.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
Telegram kanalımız