Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun Saray qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, digər xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak edib.
İştirakçılar əvvəlcə Saray qəsəbəsində tamamilə yenidən qurulan Şəhidlər Abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzərək vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilərək ruhlarına dualar oxunmuşdur.
Bildirilmişdir ki, qəsəbənin mərkəzi parkında yerləşən Şəhidlər Abidəsi əsaslı şəkildə təmir olunmuş, parkda ümumi təmir işləri aparılmış, həmişəyaşıl ağac və gül kolları əkilmiş, eləcədə 250 kvadradmetr əraziyə asfalt örtüyü çəkilmişdir. pizza hut
Sonra Saray 3 saylı tam orta məktəbdə baş tutan görüşdə çıxış edən RİH başçısı Abdin Fərzəliyev pandemiya səbəbindən kənd və qəsəbələrdə keçirilməsi dayandırılan səyyar qəbulların bərpa olunduğunu və bundan sonra belə görüşlərin mütəmadi olaraq hər həftə keçiriləcəyini bildirmiş, yerlərdə qaldırılan məsələlərin mümkünlərinin tez bir zamanda həll olunacağını, müəyyən vaxt və maliyyə tələb edən məsələlərlə bağlı isə fəaliyyət planlarının hazırlanacağını qeyd etmişdir.
Daha sonra çıxış edən qəsəbə sakinləri daxili küçələrin abadlaşdırılmasında, mərkəzi yolların işıqlandırılmasında, marşrut avtobuslarının sayının artırılmasında, qəsəbədə Mədəniyyət Evinin tikilməsində, yeni məhəllələrə konalizasiya xəttinin çəkilməsində, mövcud xəttlərdə yaranan problemlərin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş etmişlər.
***
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüş şəhid kəşfiyyatçı kapitan Musibov Veysəl Yadulla oğlunun adının verildiyi Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin həyətində qoyulmuş büstünün açılışı olub. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailələri, qazilər və məktəbin kollektivi iştirak etmişdir.
***
Abşeron rayon Mədəniyyət Mərkəzində şagirdlər arasında keçirilən “TEENEAGLE” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Təhsil Nazirliyi Aparatının Lisey və gimnaziyalarla iş şöbəsinin sektor müdiri Fuad Qarayev, Yaponiya və Böyük Britaniyanın ölkəmizdəki səfirləri, YAP Abşeron Rayon Təşkilatının sədri və eləcə də şagird və valideynlər iştirak etmişdir.
***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Avropa Çempionatında medal qazanan Abşeronlu güləşçilərlə görüşmüşdür. Görüşdə bildirilmişdir ki, cari ilin 9-13 mart tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək sərbəst güləşçilərin Avropa Çempionatında təmsilçilərimiz 2 qızıl, 1 gümüş, 1 bürünc medal əldə etməyi bacarmışlar. Çempionatda İslam İlyasov (97 kq) və Jalə Əliyeva (62 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal əldə etmişlər. Elnurə Məmmədovadan (55 kq) və Aydın Əhmədov (125 kq) isə müvafiq olaraq gümüş və bürünc qazanmış və ümumi medalların sayına görə Azərbaycan komanda hesabında birinci yerə layiq görülmüşdür.
***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev “Qüsursuz xidmətə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülən şəhid mayor pilot Həsənov Elmir Mircəlil oğlunun əvvəllər yaşadığı evə gedərək onun qızının doğum günündə iştirak etmişdir. RİH başçısı şəhidin qızı Elay Həsənlini 9 yaşı olması münasibəti ilə təbrik edərək ailənin qayğıları ilə maraqlanmış, onlara hər cür lazımi dəstəyin bundan sonra da daimi olaraq göstəriləcəyini qeyd etmişdir.
***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Novruz bayramı ilə əlaqədar şəhid Abbasov Səxavət Rizvan oğlunun, şəhid Ataşov Asif Kərim oğlunun, şəhid Tahirov Vüsal Mehdi oğlunun və şəhid Mehdiyev Rəşad Rəhman oğlunun əvvəllər yaşadığı evlərinə gedərək onların ailə üzvləri ilə görüşmüşdür.
***
Abşeron Rayon İcra Hakimiyyətinin, RİH başçısı yanında fəaliyyət göstərən İctimai Şuranın və Abşeron Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin rayon ərazisində yerləşən N saylı hərbi hissəsində əsgərlər üçün Novruz şənliyi təşkil edilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, İctimai Şuranın üzvləri və hərbi hissənin şəxsi heyəti iştirak etmişdir.
***
Müqəddəs Novruz bayramı münasibəti ilə Abşeron Rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının, bələdiyyələrin, kənd və qəsəbələrin icra nümayəndəliklərinin əməkdaşlarının iştirakı ilə rayon ərazisində yaşayan 114 şəhid ailəsi, o cümlədən Vətən Müharibəsi əlilləri ziyarət olunmuş, onların bayramları təbrik edilmişdir.
Şəhid ailələri və qazilər də bütün bayramlarda dövlət tərəfindən yad edildiklərini önə çəkərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Telegram kanalımız