Abşeronda 6 nəfərlik ailə dəm qazından zəhərləndi  ​​​​​​​

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda 6 nəfərlik ailə dəm qazından zəhərləndi ​​​​​​​

Sosial

28 Fevral 2022 08:51 407


Abşeron rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Yenisabah.az-ın məlumatına görə, hadisə Fatmayi kəndində qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Nadirə Həsənqulu qızı, 1979-cu il təvəllüdlü İsmayılova Yeganə Həsənqulu qızı, 1995-ci il təvəllüdlü Abdullayeva Pərvin Əliabbas qızı, 1958-ci il təvəllüdlü Cəfərova Elmira Cəfər qızı, 2003-cü il təvəllüdlü İsmayılova Məleykə Sübhan qızı və 2005-ci il təvəllüdlü İsmayılova Nərmin Sübhan qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Dominos pizza

Hadisənin təfərrüatı araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!