Abşeronda Polis Günü qeyd olundu

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda Polis Günü qeyd olundu

Sosial

02 İyul 2022 12:39 929


Abşeron rayonunda Polis İşçilərinin Peşə bayramı qeyd edilib.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri və Abşeron polisinin əməkdaşları iştirak edib. 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək polis əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.  Pepperoni pizza

Bildirilib ki, Azərbaycan polisi yarandığı cümhuriyyət dövründən bu günə kimi daim xalqın xidmətində durub. Azərbaycanda Daxili İşlər Orqanlarının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında polis əməkdaşlarının böyük xidmətlərinin olduğunu, onların üzərinə məsuliyyətli işin düşdüyünü və bu şərəfli işin öhdəsindən uğurla gəldiklərini vurğulayan RİH başçısı qeyd edib ki, Azərbaycan polisi həm Birinci Qarabağ Müharibəsində, həm də Vətən Müharibəsində ordumuzla çiyin-çiyinə döyüşüb, “Dəmir yumruq” ətrafında sıx birləşərək torpaqlarımızın 30 illik işğalına son qoyulmasında qəhrəmancasına döyüşüblər. 

Sonra çıxış edən Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli qeyd edib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. 

Daha sonra Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, 

DTX Abşeron rayon İdarəsinin rəisi Ruslan Rəhimov, rayon prokuroru Qabil Qasımov , Rayon Məhkəməsinin sədri Elçin Kazımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Cəfər Rəcəbov, YAP Aberon Rayon Təşkilatının sədri Abbas Əliyev çıxış edərək polis işçilərini peşə bayramları günü münasibəti ilə təbrik edib və 104 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini bildiriblər.

Sonra xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən fəxri fərman və mükafatlar təqdim edilib.   

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!