İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi tezliklə dəyişdiriləcək.
Yenisabah.az "Saberin News"a istinadla xəbər verir ki, bu barədə siyasi kuluarlarda şayiələr dolaşmaqdadır.
Admiral Əli Şəmxaninin yerinə bir neçə hərbçinin adı halanır. O cümlədən general-mayor Rəşid, general Nəccar və polkovnik Vahidi variantlar arasındadır. pizza hut
Xatırladaq ki, 2 gün əvvəl İranın Kəşfiyyat Nazirliyi Böyük Britaniyanın MI6 kəşfiyyat qurumu ilə əməkdaşlıq etmiş Əlirza Əkbəri haqqında məlumat yayıb.
2018-ci ildə həbs olunmuş Ə.Əkbəri prezident Məhəmməd Xatəmi administrasiyasında müdafiə nazirinin müavini, Strateji Araşdırmalar İnstitutunun rəhbəri olub. O, Əli Şəmxaninin yaxın adamı hesab olunur.
Telegram kanalımız