Hazırda müşahidə edilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Eyni zamanda, məlumat sürət tablolarında “sürüşkən yol” və “güclü külək” işarəsi qoyulub. pizza
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Telegram kanalımız