Aeroport yolundakı ağır qəzanın videosu yayıldı

Aeroport yolundakı ağır qəzanın videosu yayıldı
İyul 10, 2019 14:05
Oxunma sayı: 1638

Heydər Əliyev prospekti, Bakı Olimpiya stadionunun qarşısında baş verən iki qəza anı kameraya düşüb. 

Təxminən eyni ərazidə baş verən hər iki qəza nəticəsində idarəetməni itirən sürücülər bardürü aşaraq əks yola düşürlər.

İlk videoda “Tayota Land Cruser” markalı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılır. Ardınca dirəyi aşıraraq yolun əks istiqamətinə çıxır. Sürücünün sükan arxasında yatması ehtimal olunur.

İkinci video sutkanın qaranlıq vaxtı qeydə alınıb. Bu dəfə də sürücünün sükan arxasında yatması ehtimalı böyükdür. Çünki orta zolaqla hərəkət etdiyi bir vaxtda qəfildən sola burulur. Nəticədə avtomobil bardürü keçərək yolun digər tərəfinə keçir. Videogörüntünü təqdim edirik:

Avtosfer 

 

Yenisabah.az