ABŞ və İsrail qabaqcıl texnologiyalar sahəsində yüksək səviyyəli strateji əməkdaşlığa başladığını elan ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə iyulun 13-də Ağ Evin bəyanatında deyilir .
“Bu gün ABŞ prezidenti Co Bayden və İsrailin Baş naziri Yair Lapid iki ölkə arasında strateji tərəfdaşlığı yeni mərhələyə çıxarmaq və texnologiyalar üzrə mühüm və yeni texnologiyalar sahəsində Amerika-İsrail texnoloji tərəfdaşlığına nail olmaq, eləcə də qlobal problemlərin həlli üçün yüksək səviyyəli dialoqa başlamaq istəklərini təsdiqləyiblər”, - deyə məlumatda qeyd olunur. Sezar pizza
Daha sonra əlavə olunub:
“Fəaliyyətin əsas istiqamətləri gələcəkdə mümkün pandemiyalara hazırlıq, iqlim dəyişikliyi ilə mübarizə, süni intellektin və etibarlı texnoloji ekosistemlərin tətbiqi olacaq.
Ölkələr idman, tibb və kənd təsərrüfatı sahələrində logistik problemlərin planlaşdırılması və həlli üçün qabaqcıl inkişaflardan istifadə etmək niyyətindədirlər.
Texnologiyalar üzrə strateji dialoq çərçivəsində görüşlər hər il keçiriləcək. Onların keçirilməsi üçün platforma müvafiq olaraq ABŞ və İsraildə olacaq. İlk sessiya 2022-ci ilin payızında İsraildə baş tutacaq".
Telegram kanalımız