Ağacları kəsdilər, hesabı 39 min manatı keçdi

saytların hazırlanması

Evə çatdırılma

Ağacları kəsdilər, hesabı 39 min manatı keçdi

Kriminal

14 Avqust 2026 20:46 814


Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ağacların kəsilməsi nəticəsində yaşıllıqlara 39 min manatdan çox ziyan vurulub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı ağacların kəsilməsi nəticəsində təbiətə 39 240 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. pizza mizza

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materialların Baş Prokurorluğa göndərilməsi hazırlanır.

Eyni zamanda, Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət ekoloji rəyi olmadan söküntü işlərinin aparılmasına görə torpaq sahəsinin mülkiyyətçisi Yusif Xudaverdiyev barəsində akt və protokol tərtib edilib, qanunamüvafiq tədbir görülüb.

Həmçinin kəsilmiş ağacların yerində yeni tinglərin əkilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib.

Ərazidə layihələndirmə işləri aparılacağı təqdirdə sahənin yaşıllıq ərazisi kimi nəzərə alınması məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə də müraciət olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahim
    AZƏRBAYCANDA DƏRƏBƏYLİK HÖKM SÜRÜR. MƏMUR ÖZBAŞINALIĞI GENİŞ VÜSƏT ALIB.
    2 months ago