Ağdam və Füzulinin bərpası 2026-cı ildə bitəcək

saytların hazırlanması

Evə çatdırılma

Ağdam və Füzulinin bərpası 2026-cı ildə bitəcək

Sosial

12 Dekabr 2023 13:37 459


"2026-cı ilin sonunadək Ağdam şəhərindən başqa 12 kəndin və Füzuli şəhərindən başqa da 10 kəndin bərpa olunaraq təhvil veriləcək".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, artıq Füzuli şəhərinə köçmüş vətəndaşlarla mütəmadi iş aparılır: "Onların məşğulluğunun təmin olunması ilə bağlı bütün zəruri tədbirlər görülüb. Hazırda 333 ailə orada məskunlaşıb. Bu yaxınlarda orada əmək yarmarkası da keçirilib. İlk dəfə olaraq sakinlərimiz 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni İli öz doğma torpaqlarında qeyd edəcəklər". Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!