Ağdaşda avtomobil su kanalına düşdü

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda avtomobil su kanalına düşdü

Hadisə

15 Avqust 2026 15:13 486


Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunun rayonun Dəhnəxəlil kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi su kanalına düşüb. Dominos pizza

Sürücü ətrafdakıların köməkliyi ilə xilas edilib. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar aparılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!