“Ağladı ki, uşaqlar məndən qorxur” - Dili olmayan övladı üçün göz yaşı tökən qazi + Video

saytların hazırlanması

Evə çatdırılma

“Ağladı ki, uşaqlar məndən qorxur” - Dili olmayan övladı üçün göz yaşı tökən qazi + Video

Sosial

14 May 2022 18:49 187


ATV-nin "Bizimləsən" proqramına üz tutan ailə övladı üçün yardım istəyib.

Yenisabah.az xəbər verir ki, anadangəlmə dil qüsuru olan Ayxanın valideynləri efirdə övladları üçün yardım istəyiblər. 44 günlük Qarabağ müharibəsinin qazi olan ata, oğlu haqqında danışarkən göz yaşına boğulub.

Ayxanın anası isə, övladından eşitdiyi sözləri danışaraq kövrəlib. Pepperoni pizza

"Övladımın anadangəlmə dili yoxdur. Danışmağında qüsur var, normal danışa bilmir, yemək yeyə bilmir. Ana bətnində olarkən həkimin verdiyi səhv dərmana görə, övladım inkişafdan qalıb.

Bi gün küçədə uşaqlarla oynayan zaman, ağlayaraq gəldi. Dedim Ayxan niyə gəldin? Dedi ki, heçnə, getmirəm! Uşaqlar məndən qorxur. Mənə deyirlər ki, sənin dilin yoxdur. Çox pis oldum. Təsəvvür edin ki, bu bir ana üçün nə deməkdir!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!