Ağstafada aviobomba tapıldı

Ağstafada aviobomba tapıldı

Rəsmi Veb saytların hazırlanması

12 Fevral 2019 03:54 780


Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağstafa rayonu, Ceyrançöl qış otlaq sahəsində mərminin tapılması barədə məlumatlar daxil olub.

“Yeni Sabah” xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd təlim məqsədli (içərisində heç bir partlayıcı maddə olmayan) PŞ-50 aviobombaları aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!