Ağstafada zəlzələ oldu
04 May 2021 02:12
374

Ağstafada zəlzələ oldu

Ağstafa rayonunda zəlzələ qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, zəlzələ 3 baldan çox olub. Yeraltı təkanların fəsad törədib-törətmədiyi barədə hələ məlumat yoxdur.

Təbii hadisə Qazax rayonunda da hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu da saat 1:21-də Qazax stansiyasından 30 km şimal-şərqdə Ağstafa rayonunda zəlzələnin qeydə alınması barədə məlumat yayıb.

Məlumata görə, zəlzələ 3,5 bal gücündə baş verib. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib./Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər