Aİ-dən Ukraynaya 500 milyon avro hərbi yardım

saytların hazırlanması

Evə çatdırılma

Aİ-dən Ukraynaya 500 milyon avro hərbi yardım

Dünya

17 Oktyabr 2022 20:24 788


“Aİ-nin Xarici Əlaqələr Şurası Lüksemburqda keçirilən sessiyada Avropa İttifaqının Ukraynaya 500 milyon avro həcmində hərbi yardımının daha bir hissəsinin ayrılması barədə qərar qəbul edib”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Aİ diplomatiyanın rəhbəri Jozep Borrell deyib.

“Aİ-yə üzv dövlətlərin əlavə 500 milyon avro ayırması bizim Ukrayna silahlı qüvvələrini əvvəlki kimi qətiyyətlə dəstəklədiyimizə daha bir sübutdur. Avropa İttifaqı lazım olduğu müddətcə Ukraynanı dəstəkləməyə davam edəcək”, – Borrell əlavə edib. pizza mizza

Qeyd edək ki, hazırkı qərarı nəzərə alaraq, Avropa Sülh Fondu çərçivəsində Ukraynaya hərbi yardımın ümumi məbləği 3,1 milyard avroya qədər artacaq.

Yeni payın 490 milyon avrosunun hərbi texnikanın alınmasına, 10 milyon avrosunun isə fərdi qoruyucu vasitələrin, ilkin tibbi yardım dəstlərinin və yanacağın xərclərinin ödənilməsinə sərf olunacağı bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!