Avropa İttifaqı Ermənistanda 3 sərhəd keçid məntəqəsi tikməyi planlaşdırır.
“Yeni Sabah” Armenpress-ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos bildirib.
Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi bu proqramların həyata keçirilməsi üçün ilk şərt olacaq: Dördpendirli pizza
“Kommunikasiya layihələri keçəcəkləri ərazilərin minalardan təmizlənməsini tələb edir. 3 sərhəd keçid məntəqəsi tikməyi öhdəmizə götürmüşük və hazırda bu proqramın təfərrüatları üzərində işləyirik. Lakin minalardan təmizlənmə bu vacib tikinti işlərinin irəliləməsi üçün ilk zəruri addım olacaq”.
V.Maraqos sərhəd keçid məntəqələrinin tikilməsini planlaşdıran əraziləri göstərməyib. O əlavə edib ki, Avropa İttifaqı Ermənistanla əməkdaşlığı dərinləşdirməyə davam edəcək. Həm təhlükəsizlik, həm də infrastrukturun inkişafına investisiya qoyulacaq.
Telegram kanalımız