Aİ İran şirkətlərini sanksiyalarla hədəfə alacaq

saytların hazırlanması

Evə çatdırılma

Aİ İran şirkətlərini sanksiyalarla hədəfə alacaq

Dünya

15 Fevral 2023 13:43 690


Aİ ilk dəfə olaraq Ukraynada "münaqişədə iştirak edən" İran iqtisadi operatorlarına qarşı sanksiyalar təklif edəcək.

Yenisabah.az "Reuters" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen danışıb.

O, Strasburqda avropalı millət vəkillərinə deyib: “Biz ilk dəfə olaraq İran təşkilatlarına, o cümlədən İran İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə əlaqəli olanlara qarşı sanksiyalar təklif edirik”. pizza

Der Leyenin sözlərinə görə, ümumi dəyəri 11 milyard avro olan 10-cu sanksiyalar paketi yeni ticarət qadağalarını və dron, helikopter və raketlər də daxil olmaqla, texnologiyaya ixrac nəzarətini hədəf alacaq.

Xatırladaq ki, Qərb İranı Rusiyaya Ukraynadakı hərbi münaqişə zamanı istifadə edildiyi iddia edilən dronları ötürməkdə ittiham edir. Rəsmi Tehran bütün ittihamları rədd edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!