"Ermənistanın işğalı dövründə, təxminən, 10 min kv. km ərazi tamamilə dağıdılıb, tarixi abidələrə ziyan vurulub. Həmçinin əhali bu ərazilərdən məcburi şəkildə qovulub".
"Report" xəbər verir ki, bu fikirləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin müşaviri Alessandro Bianki "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, qorunma və istifadə problemləri" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, işğal dövründə əhali həmin ərazilərlə heç bir təmas, əlaqə qura bilməyib: "Müharibədən sonra Azərbaycanın qarşısında duran çağırış olduqca mürəkkəbdir. Bu təmir-bərpa yalnız mövcud olanların bərpası demək deyil. Həm də yeni bir məşğulluq proqramının həyata keçirilməsidir. Əhalinin ora qaytarılması da çox çətin prosesdir. Bu, yalniz infrastrukturun bərpası demək deyil. Eyni zamanda yüksək keyfiyyətli şəhərsalma deməkdir. Bu, əvvəlki dönəmdə orada yaşayan əhali ilə bundan sonra yaşayacaq əhali arasındakı boşluğun tamamilə aradan qaldırılması deməkdir". pizza mizza
A.Bianki azad olunan ərazilərdə dağıntıların miqyasının dəhşətli olduğunu vurğulayıb: "Əvvəlki illərdə biz sadəcə bu dəhşəti xüsusi uzaqdan idarətetmə vasitələri ilə müşahidə edirdiksə, bu gün hər şeyi əyani şəkildə görürük".
Telegram kanalımız