“Aİ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi variantını müzakirə etməməlidir, çünki bu, Avropada enerji böhranını yalnız dərinləşdirəcək”.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Piter Siyyarto deyib.
"Aİ səkkizinci sanksiyalar paketini xatırlatmağı dayandırmalı, enerji təchizatı böhranının daha da kəskinləşməsinə səbəb olacaq tədbirlər barədə həyəcan təbili çalmağı dayandırmalıdır", - deyə nazir qeyd edib. pizza hut
Bununla yanaşı, Avropa Komissiyasının sədri Ursula fon der Leyen sentyabrın 14-də Strasburqda Avropa Parlamentində Avropa İttifaqının vəziyyəti ilə bağlı məruzə ilə çıxış edərkən Brüsselin Rusiyaya qarşı sanksiyaların təzyiqini davam etdirmək niyyətində olduğunu açıqlayıb.
Telegram kanalımız