Aİ Rusiya əleyhinə yeni sanksiyalar paketini hazırlayır

saytların hazırlanması

Evə çatdırılma

Aİ Rusiya əleyhinə yeni sanksiyalar paketini hazırlayır

Dünya

18 İyul 2022 19:08 662


“Brüsseldə Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Amma bu sanksiyalar paketində enerji təchizatına əlavə məhdudiyyətlər nəzərdə tutulmur”.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

O bildirib: “Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırılıb. Bu sanksiyalar hələ ki əsasən qaydaların aydınlaşdırılmasına aiddir və enerji resurslarının nəqlinə heç bir məhdudiyyət qoymur”. Pepperoni pizza

Siyartonun sözlərinə görə, Aİ-yə üzv olan bəzi dövlətlərin səylərinə baxmayaraq, “Qazprombank”a qarşı sanksiyalar tətbiq olunmayacaq.

Nazir məlumat verib ki, yeni sanksiyalar paketinə 48 fiziki şəxs, o cümlədən Rusiyanın Baş nazirinin müavinlərindən biri, bir neçə regional lider və 9 təşkilat daxil ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!