Avropa İttifaqı ölkələri Türkiyədə baş verən zəlzələnin nəticələrinə kömək üçün axtarış-xilasetmə qrupları göndərib.
Yenisabah.az xəbər verir ki,bu barədə Avropa Komissiyasının saytında yerləşdirilən məlumatda deyilir:
“Avropa İttifaqı təcili cavab olaraq, Aİ-nin mülki müdafiə mexanizminin işə salınması tələbindən sonra Türkiyə üçün axtarış-xilasetmə qruplarını səfərbər edib”. Dominos pizza
Bəyanatda bildirilir ki, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Hollandiya, Polşa və Rumıniyadan axtarış-xilasetmə qrupları göndərilib. İtaliya və Macarıstan da öz yardımlarını təklif etdilər.
Avropa Komissiyasının sözçüsü Balazs Uivari bildirib ki, Suriyadan indiyədək heç bir yardım sorğusu daxil olmayıb.
Telegram kanalımız