Azərbaycanda məişət qayğıları bir çox hallarda gənclərin ailə qurmasına mane olur. Bəzilərinin fikrincə, qızdan cehiz, oğlandan iş, ev, maşın istəmək yersiz tələbdir. Gənclərə sərbəstlik verilməli, onlar sevib-seçdikləri insanla ailə qurmalıdırlar.
Yenisabah.az-a açıqlamasında İradə Tuncay ailə məsələlərinin qarışıq və konkret qanunlara əsaslanmadığını bildirib. Qeyd edib ki, kim kiminlə evlənmək istəyir, onunla da evlənəcək və ya evlənməyəcək: "Ümumilikdə belə bir nəticə çıxarmaq olar ki, ailə məsələsi çox dolaşıq və bəlli qanunlara əsaslanmayan bir məsələdir. Sevib evlənib gələcəkdə ailənin dağılmasına səbəb ola biləcək hər hansı bir problemlə qarşılaşmaq və ya qarşılaşmamaq haqqında dəqiq bir proqnoz vermək qeyri-mümkündür".
Nəsimi ƏLƏSGƏRLİ Marqarita pizza
Telegram kanalımız