“AL Market“ ƏƏSMN tərəfindən mükafatlandırıldı

saytların hazırlanması

Evə çatdırılma

“AL Market“ ƏƏSMN tərəfindən mükafatlandırıldı

Sosial

27 Fevral 2023 11:19 1137


Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən həssas qruplara dəstək məqsədli korporativ sosial məsuliyyət tədbirlərində, onlarla bağlı məşğulluq proqramlarının icrasında aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılma mərasimi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, fəaliyyət dövrü ərzində daim sosial layihələrdə aktiv iştirak edən “AL Market” mağazalar şəbəkəsi  mükafata layiq görülüb.

Bu dəfə “AL Market” şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin,  qadınların, gənclərin məşğulluğunun təmin olunmasında “Əmək və Məşğulluq" altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan özəl sosial tərəfdaşa mükafatı təqdim edilib. Dördpendirli pizza

Qeyd edək ki, ilk dəfə ötən il 2021-ci il üzrə korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb. “AL Market”  Mağazalar şəbəkəsi “Qazilərin məşğulluğunun təmin olunmasına dəstək  verən ən aktiv özəl sosial tərəfdaş”, “Məşğulluq altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan” və “Məşğulluq altsistemində ən aktiv özəl sosial tərəfdaş” nominasiyaları üzrə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!