WUF13-də daha bir sessiya keçirildi

saytların hazırlanması

Evə çatdırılma

WUF13-də daha bir sessiya keçirildi

Siyasət

21 May 2026 11:06 75


Mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo”dakı Azərbaycan pavilyonunda “Mənzil və təhsil: memarlıq kurikulumlarında yaşayış mühitinin rolu” sessiya keçirilib.

“Yeni Sabah” xəbər verir ki, sual-cavab formatında keçirilən sessiyada ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini, Milan Politexnik Universitetinin (Politecnico di Milano) dABC kafedrasının dosenti Nora Lombardini, ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin Memarlıq Dizaynı üzrə assistent professoru Leyla Həsənova, ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin İctimai işlər üzrə dosenti Anar Vəliyev və ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini, Milan Politexnik Universitetinin (Politecnico di Milano) DASTU kafedrasının dosenti Marco Bovati çıxış ediblər.

Marco Bovati diqqətə çatdırıb ki, yaşayış məkanlarının layihələndirilməsinin tədrisi zamanı müxtəlif çağırışlar mövcuddur. İnnovasiya və tədqiqatlar isə bu sahədə fundamental biliklərin formalaşdırılması baxımından mühüm rol oynayır. Sezar pizza

Nora Lombardini bərpa və yenidənqurma prosesindən də bəhs edərək, bu məsələdə dövlətin rolunun və dəstəyinin əhəmiyyətini xüsusi vurğulayıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!