Ali məktəblərə sənəd qəbulunun vaxtı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəblərə sənəd qəbulunun vaxtı açıqlandı

Sosial

25 Fevral 2022 14:30 516


Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 4-dən 17-dək internet vasitəsilə aparılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

DİM sədri qeyd edib ki, bu prosesdə sənəd vermək istəyən həm cari ilin, həm də əvvəlki illərin məzunları iştirak edirlər. pizza mizza

Bundan əlavə, magistraturaya qəbul imtahanı üzrə bakalavrlara ikinci dəfə imtahan vermək imkanı yaradılacaq. Növbəti imtahanın mayın 29-da keçirilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!