İyunun 1-dən Almaniya ölkəyə girişdə kovid məhdudiyyətlərini aradan qaldırır.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, indi ölkəyə daxil olmaq üçün nə PCR testi, nə peyvənd sertifikatı, nə də xəstəlik sertifikatı tələb olunacaq.
Bu barədə ölkənin səhiyyə naziri Karl Lauterbax məlumat yayıb.
Almaniya hökuməti artıq bu qərarı təsdiqləyib. Məhdudiyyətlərin aradan qaldırılması Rusiya və Belarusdan gələn səyahətçilərə də aiddir.
2022-ci ilin yazında bir çox Avropa ölkələrinin (Fransa, Litva, Belçika, İspaniya və s.) hökumətləri tərəfindən oxşar qərarlar qəbul edilib.
Telegram kanalımız