Federal Kansler və digər departamentlər məxfi danışıqlar yolu ilə yaxın həftələrdə Kiyevə təxminən 2,7 milyard avro dəyərində əlavə silah tədarük etmək barədə razılığa gəliblər .
Yenisabah.az “Der Spiegel”ə istinadla xəbər verir ki, hərbi yardıma 20 “Marder” piyada döyüş maşını, 30 “Leopard” 1 tankı və 200-ə yaxın kəşfiyyat təyyarəsinin daxil olacağı gözlənilir.
Bundan əlavə ,”Gepard” zenit tankları, IRIS-T hava hücumundan müdafiə sistemləri, artilleriya sursatları və nəqliyyat vasitələrinin çatdırılması planlaşdırılır. pizza hut
Jurnalın məlumatına görə, yeni hərbi yardım paketi bazar günü, mayın 14-də Ukrayna prezidenti oloadimir Zelenskiyə Böyük Karl mükafatının təqdim edilməsi ilə eyni vaxtda elan ediləcək. Bu mükafat 1950-ci ildən bəri hər il Avropanın birliyinə töhfə vermiş şəxslərə və ya təşkilatlara verilir.
Telegram kanalımız