Almaniyanın cənubunda qatarın relsdən çıxması nəticəsində 4 nəfər ölüb, 30 nəfər yaralanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə polisin təqdim etdiyi məlumatlara istinadən “Reuters” məlumat yayıb.
Polis sözçüsü yaralılardan 15-nin xəstəxanaya aparıldığını bildirib. Qəza zamanı qatarda 60 nəfər olub. Dominos pizza
Prokurorluq və polis qəzanın səbəblərini öyrənmək üçün araşdırmalara başlayıb.
İtkilər barədə məlumat verilmir. Qurbanlar arasında sürücünün olub-olmaması barədə məlumat yoxdur. Qatarda çoxlu tələbələrin olduğu iddia olunur.
Telegram kanalımız