Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Altı mindən çox quş məhv edilib
18 İyl 2021 07:19
563

Altı mindən çox quş məhv edilib

Qanada aidiyyatı hökumət qurumları ölkənin üç bölgəsində quş qripi xəstəliyinin yayıldığı barədə məlumat yayıb.

“Bloomberg” agentliyi bu barədə Qananın Kənd Təsərrüfatı və Qida Nazirliyinin baytarlıq xidmətinin direktoruna istinadən xəbər yayıb.

Məlumatda qeyd olunur ki, xəstəlik ölkənin kənd təsərrüfatı sektorunun bir hissəsi olan quşçuluğa böyük ziyan vura bilər.

Artıq Qanada quş qripi nəticəsində altı min quş təlaf olub. Ölkə daxilində ev quşlarının qripin yayıldığı bölgələrdə yerdəyişməsi qadağan edilib.

Həmçinin Nigeriya, Toqo və bir sıra digər ölkələrə quş idxalına qadağa qoyulub. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər