“Altı yaşdan başlayaraq on bir il qadınlardan dərs alan oğlan uşağı kişi kimi necə formalaşsın?!”

saytların hazırlanması

Evə çatdırılma

“Altı yaşdan başlayaraq on bir il qadınlardan dərs alan oğlan uşağı kişi kimi necə formalaşsın?!”

Sosial

08 May 2022 19:22 268


“Müəllim heyətinin getdikcə qadınlardan ibarət olması xalqa 20-30 il sonra qaça bilməyəcəyi ciddi bir problemlər yaşadacaq. Məktəblərə kişi müəllimləri qaytarmaq, siniflərdə kişi görmək  üçün müəllimlərin əmək haqqına mütləq yenidən baxılmalıdır”.

Yenisabah.az xəbər verir ki, bunu ekspert Eldəniz Əmirov bildirib.

“Heç bir kişiyə məcburi demək olmaz ki, al 500 manatı, gəl müəllim işlə. Ya ciddi maaş artımı, ya da əlavə stimullaşdırıcı addımlar vasitəsilə mütləq müəllim kontingentinin cins tərkibinin qadınlaşmasını əngəlləmək lazımdır. 6 yaşdan başlayaraq 11 il ancaq qadınlardan dərs alan oğlan uşağı kişi kimi necə formalaşsın?! Hələ vay o günə ki, evdə də kişi tərbiyəsi, kişi davranışı görməyə. Bu bizim bu gün gözlə görə bilmədiyimiz, amma bir müddət sonra millətin deqredasiyasına nədən olacaq, çox qorxulu tendensiyadır. Qaytarın, kişiləri məktəblərə!”, - deyə ekspert qeyd edib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!