Amerikalı hərbçilərin ölümündən sonra Trampın İLK ƏMRİ açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı hərbçilərin ölümündən sonra Trampın İLK ƏMRİ açıqlandı

Dünya

21 İyul 2026 00:21 304


ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilərin həlak olması fonunda İranla bağlı sərt göstəriş verdiyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, ABŞ lideri bununla bağlı "Truth Social" platformasında paylaşım edib.

Tramp bildirib ki, müdafiə naziri Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə və ABŞ Silahlı Qüvvələrinin digər rəhbərlərinə amerikalı hərbçilərin ölümü ilə bağlı İran qüvvələrinə qarşı daha sərt cavab tədbirlərinin görülməsi barədə göstəriş verib. pizza sifarişi

"İran hər dəfə bir amerikalı əsgəri öldürəndə bunun əvəzini qat-qat ağır şəkildə ödəyəcək", - deyə Tramp paylaşımında vurğulayıb.

Xatırladaq ki, iyulun 17-də İordaniyada İranın endirdiyi zərbə nəticəsində iki amerikalı hərbçi həlak olub. Daha bir hərbçi itkin düşüb, dörd nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!