Türkiyənin məşhur sənətçisi Bülənt Ərsoyun son müsahibəsi müzakirələrə səbəb olub.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda anasını itrən Diva onun üçün çox darıxdığını deyib: "Anam üçün çox darıxıram. Anam öləndə ilk işim şəkillərini çəkmək oldu. İndi anamın ölüsünün şəklinə baxıb-baxıb ağlayıram. Anasızlığa dözə bilmirəm".
67 yaşlı sənətçinin bu sözləri birmənalı qarşılanmayıb. Hətta onun psixoloji durumunun yerində olmadığını söyləyənlər də olub. pizza
Xatırladaq ki, Bülənt Ərsoyun anası Necla Poyraz yaxın rəfiqəsi Nur Yerlitaşın ölümündən sarsılaraq aprel ayında dünyasını dəyişib.
Telegram kanalımız