Anım Günündə mindən çox ağac əkildi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Anım Günündə mindən çox ağac əkildi - Fotolar

Sosial

27 Sentyabr 2022 12:41 1167


Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Anım Günü ilə əlaqədar Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Nazirliyin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, ANAMA əməkdaşlarının, şəhid ailələrinin, müharibə iştirakçılarının, hərbçilərin iştirakı ilə keçirilən tədbirdə 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.

Şəhidlərimizin əziz xatirəsi bölgələrimizdə də ağacəkmə tədbirləri ilə anılıb və hər bölgənin iqlim şəraitinə uyğun ETSN-in tinglik sahələrində yetişdirilən tinglər əkilib.  Toyuqlu pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!