Ankarada Azərbaycana dəstək aksiyası keçirildi - Foto
08 Avq 2020 18:28
254

Ankarada Azərbaycana dəstək aksiyası keçirildi - Foto

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərinin Ulus rayonunda Mustafa Kamal Atatürkün heykəli önündə Azərbaycana dəstək aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, koronavirusla əlaqədar sosial izolyasiya tədbirlərinə uyğun keçirilən aksiyaya Ankarada yaşayan azərbaycanlılar və yerli sakinlər qatılıblar.

Aksiya zamanı ermənilərin, erməni lobbisinin və onların havadarlarının türk dünyasına, Azərbaycan və Türkiyəyə yönəlmiş təcavüzkar, işğalçı davranışları pislənilib.

Aksiyanın təşkilatçısı jurnalist Şeyda Nəsibli təcavüzkar Ermənistanın törətdiyi təxribatlarla bağlı tarixi faktları sadalayıb.

Aksiya iştirakçıları bu il iyulun 12-dən başlayaraq Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonu ərazisində törətdiyi hərbi təxribatı qınayıblar.

Aksiyada “Cansa can, qansa qan, biz hazırıq Azərbaycan”, “Qarabağ bizimdir, bizim olacaq”, “Xocalıya ədalət”, “Erməni işğalına son”, “Bir millət, iki dövlət” şüarları səsləndirilib.  /APA

Ankarada Azərbaycana dəstək aksiyası keçirildi - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər