"Apple", "Samsung" və "Google" məhsullarının ABŞ bazarında satışına məhdudiyyət qoyula bilər.
“Yeni Sabah” xəbər verir ki, ABŞ Beynəlxalq Ticarət Komissiyası Kaliforniyada fəaliyyət göstərən "BoomCloud 360" şirkətinin şikayəti əsasında "Apple", "Samsung" və "Google" barəsində rəsmi araşdırmaya başlayıb. Şirkət texnologiya nəhənglərini məkan səsi texnologiyası ilə bağlı 3 patenti pozmaqda ittiham edilir.
"BoomCloud 360" patent hüquqlarının pozulduğu iddia edilən cihazların ABŞ-yə idxalının qadağan olunmasını tələb edir. Şirkət həmin məhsulların ölkə daxilində satışının və paylanmasının dayandırılmasını istəyir. Hazırda söhbətin konkret hansı məhsul modellərindən getdiyi açıqlanmayıb. Pepperoni pizza
Araşdırma çərçivəsində inzibati hüquq hakiminin iştirakı ilə dinləmələr keçiriləcək. Bundan sonra komissiyanın patent pozuntusu ilə bağlı yekun qərar verməsi gözlənilir.
Öz növbəsində, şirkətlər patentləri pozmadıqlarını bildirib. Onlara rəsmi bildiriş göndərildikdən sonra cavab vermələri üçün 20 gün möhlət verilib. Şirkətlər iddialara qarşı federal məhkəmələrdə ayrıca iddialar qaldırıblar.
Əgər komissiya patent pozuntusunun baş verdiyi barədə qərar qəbul edərsə, məkan səsi funksiyasından istifadə edən bəzi smartfon və qulaqlıqların ABŞ bazarında satışı ciddi məhdudiyyətlərlə üzləşə bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız