Aslan İsmayılov Vəkillər Kollegiyasının üzvlüyünə bərpa olunmasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Aslan İsmayılov Vəkillər Kollegiyasının üzvlüyünə bərpa olunmasından danışdı

Sosial

10 Aprel 2022 19:57 764


“Təbii ki, bu təyinatı gözləyirdim. Mənim 2 ildən artıq haqqımı Azərbaycan məhkəmələri yedi”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov deyib. Hüquqşünas Vəkillər Kollegiyasının üzvlüyünə bərpa olunması barədə daha ətraflı məlumatı yaxın günlərdə açıqlayacağını bildirib:

“Mən hələ rəsmi sənəd almamışam və iclasda da iştirak etməmişəm. Sadəcə onu deyə bilərəm ki, Apellyasiya Məhkəməsinin qərarı olan kimi Vəkillər Kollegiyası öz borcunu yerinə yetirdi və məni müdafiə etdi. Qeyd edim ki, Vəkillər Kollegiyasına üzvlüyümün bərpası Avropa İnsan Hüquqları Məhkəməsinin 17 Mart 2020-ci ildəki qərarı ilə bağlıdır. Həmin qərarda Avropa Məhkəməsi mənimlə bağlı bütün yerli məhkəmələrin qərarları ləğv etmişdi. Avropa Məhkəməsinin qərarından sonra Ali Məhkəmə işə baxaraq, onu apellyasiya instansiyasına qaytardı. Təəssüf ki, iki ildir ki, Azərbaycan məhkəmələrimi haqqımı yeyirdi”./Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!