“Tağıyev qəsəbəsindəki “Sənaye parkı”nda yanğının qəsdən törədilməsinə, yaxud ehtiyatsızlıqdan baş verməsinə baxmayaraq, müvafiq orqanların məsuliyyətsizliyinin nəticəsidir”.
Yenisabah.az xəbər verir ki, bunu vəkil Aslan İsmayılov sosial şəbəkə hesabında yazıb.
O, “Azərsun”a məxsus, böyük həcmdə və ərazidə tez alışan maddələrin toplandığı obyektdə yanğından mühafizə qaydalarının pozulmasını "cinayət" adıandırıb. Dominos pizza
"Bu yanğına sevinənlər isə ən azı ağılsızdır. Birincisi, itirən ayrı-ayrı şəxslər yox, dövlətdir. İkincisi, o yanğından yaranmış tüstünü, zəhərli maddələri elə özümüz ciyərlərimizə çəkəcəyik.
Baş vermiş faciə indiki dönəmdə bütün ölkə üçün çox ciddi xəbərdarlıq olmalıdır”.
Telegram kanalımız