Asqırma zamanı virus 8 metrə qədər yayılır -  Şok araşdırma
02 Apr 2020 01:54
275

Asqırma zamanı virus 8 metrə qədər yayılır - Şok araşdırma

Virusa yoluxmağın qarşısını almaq üçün digər insanlarla ən azı 1 metr məsafə saxlamağı tövsiyə edilir. Lakin xəstə insan asqıra və ya öskürərsə nə 1, nə 2, nə də 3 metr komək etməyəcək.

Yenisabah.az bildirir ki, asqırma və öskürmə zamanı tərkibində virus olan mikrokskopik tüpürçək damcıları 7-8 metrə qədər uça bilir! Bunu Masaçusets Texnologiya Universitetində (ABŞ) çalışan fizik Lidiya Buruiba sübut edib. Alim prosesi 1 saniyə ərzində 2000 kadr çəkən kameraya çəkib. Eksperimentin nəticəri Journal of American Medical Association jurnalınada dərc olunub.

Bunları nəzərə alaraq asqıran və öskürən insanlardan mümkün qədər uzaq olmağa çalışın. Ən yaxşısı isə karantin qaydalarına ciddi riayət edin və evdən mümkün qədər az çıxın. /Saglamolun.az

Oxşar xəbərlər