Astarada evi tərk edən iki nəfər koronavirus xəstəsi tutuldu - Fotolar
28 Noy 2020 15:57
241

Astarada evi tərk edən iki nəfər koronavirus xəstəsi tutuldu - Fotolar

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha iki nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, Astara rayonunun Kijəbə qəsəbəsinin sakini V.Babayevə və Maşxan kənd sakini F.Babayevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, bu günə qədər Astarada yaşayış yerini tərk etmiş beş nəfər COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb və hazırda istintaq davam etdirilir.

Astarada evi tərk edən iki nəfər koronavirus xəstəsi tutuldu - Fotolar
Astarada evi tərk edən iki nəfər koronavirus xəstəsi tutuldu - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər