Azərbaycan-Türkiyə İş Adamları Birliyində (ATİB) qardaş ölkənin rəsmi şəxsləri ilə işgüzar görüş keçirilib. Birliyin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Türkiyə Respublikasının ölkəmizdəki Səfirliyinin Ticarət Baş müşaviri Nevzat Bozkurtu və Ticarət müşavirliyinin yerli katibi Məmməd Əliyevi qəbul edib.
“Yeni Sabah” xəbər verir ki, görüş zamanı ATİB sədri rəhbərlik etdiyi təşkilatın çoxşaxəli fəaliyyəti, indiyə qədər türkiyəli investorlarla qurulan tərəfdaşlıq əlaqələri və yerli sahibkarlığın inkişafına verilən töhfələr barədə qonaqlara ətraflı məlumat verib.
İki ölkə arasındakı mövcud iqtisadi mənzərəyə toxunan Baş müşavir Nevzat Bozkurt ticarət dövriyyəsinin artım dinamikasını müsbət qiymətləndirib və biznes əlaqələrinin daha da dərinləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Tərəflər gələcək birgə layihələrin perspektivləri, yeni investisiya imkanları və iş dünyasının inteqrasiyası barədə səmərəli fikir mübadiləsi aparıblar. Dominos pizza
Görüşün yekununda Nevzat Bozkurta ATİB-in xüsusi xatirə hədiyyəsi təqdim olunub.
Telegram kanalımız